Prezidentin qızı həbs olundu

© Sputnik / Valery Levitin / Mediabanka keçidГульнара Каримова
Гульнара Каримова - Sputnik Azərbaycan
Abunə olmaq
Özbəkistanın Baş Prokurorluğu mərhum prezident İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı cinayət işi qaldırıb.

BAKI, 28 iyul — Sputnik. Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub.

Sputnik Özbəkistan xəbər verir ki, Gülnarə Kərimovaya qarşı Özbəkistanın Baş Prokurorluğunda cinayət işi qaldırılıb. O, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.

Özbəkistanın Baş prokurorluğu bəyan edib ki, eks-prezidentin qızına qarşı 2015-ci ildə ittiham irəli sürülüb və 5 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda həbsdədir. Gülnarə Kərimova külli miqdarda dövlət əmlakını mənimsəməkdə, hədə-qorxu ilə pul tələb etməkdə və s. günahlandırılır. 

Məlumata görə, 24 oktyabr 2013-cü ildə Gülnarə Kərimovanın rəhbərlik etdiyi "Terra Group" MMC, "Baş Media", "Gamma Promotion"un fəaliyyətlərində vergidən yayınma halları aşkarlanıb.

Gülnarə Kərimova 1972-ci il iyulun 8-də Fərqanədə anadan olub. 1991-ci ildə tanış olduğu Əfqanıstandan olan etnik özbək və ABŞ vətəndaşı olan Mansur Maqsudla ailə qurub. 2001-ci ildə onların nikahı pozulub. Boşanma prosesi iki il çəkib. 1993-cü ildə bu nikahdan oğlu İslam, 1999-cu ildə qızı İman dünyaya gəlib.

2008-ci ilin fevralında mədəni və humanitar əməkdaşlıq məsələləri üzrə xarici işlər nazirinin müavini təyin edilib. O, həmçinin Nyu-Yorkun "Fashion Institute of Technology" dizayner kursunun məzunu, "Guli" brendinin sahibdir. 2010-cu ilin yanvarından 2012-ci ilin iyun ayına qədər Özbəkistanın İspaniyadakı səfiri olub. 2008-ci ildən Özbəkistanın BMT və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi vəzifəsini daşıyıb.

Gülnarə Kərimova Özbəkistanda ən nifrət edilən şəxs hesab edilir.

Atası İslam Kərimovun Gülnarəyə münasibəti çox pis olub. Gülnarə açıq-saçıq, ölkə ənənələrinə və atasının maraqlarına uyğun gəlməyən hərəkətlərinə görə daim təzyiq altında olub. O, tez-tez anası, bacısı və atasının ən yaxın müttəfiqlərini reket, şantaj və işgəncədə ittiham edib.

Atasının xəstələnməsindən və ölümündən sonra Özbəkistanın xüsusi xidmət orqanları tərəfindən təqib edilib.

İslam Əbdülqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən vəfat etdiyi günə — 2016-cı ilin 2 sentyabrına qədər Özbəkistana rəhbərlik edib.

Xəbər lenti
0