Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli Sputnik-Azərbaycana bildirib ki, jurnalistika ixtisası üzrə qabiliyyət imtahanın olması vacib bir şərtdir: "Testlə bölgü aparılarkən sadəcə təhsil almaq arzusu olanlar təsadüfən jurnalistikaya düşürdülər. Bunun da çox mənfi effekti olurdu, çünki əksəriyyət fakültəni bitirəndən sonra jurnalistikaya deyil, başqa sahələrə gedirdi. Qabiliyyət imtahanı tətbiq olunandan sonra isə qəbul olanların sayı azaldı, lakin oraya əsl jurnalistika təhsili almaq istəyi olan şəxslər gəldilər".
"Qabiliyyət imtahanın keçirilməsi və bu proqramın təkminləşdirilməsi ilə bağlı Mətbuat Şurasının əlavə bir sıra təklifləri var. Yəqin ki, bunlar da DİM-lə müzakirə olunandan sonra açıqlanacaq", — deyə Müşviq Ələsgərli bildirib.