BAKI, 28 iyul — Sputnik. İsrail hökuməti, Qüdsdəki Əl-Əqsa məscidində 50 yaşdan aşağı müsəlmanların cümə namazı qılmasına icazə verilməyəcəyini açıqlayıb.
Bu barədə Sputnik Türkiyə məlumat yayıb.
Rəsmi Təl-Əvivdən verilən bu açıqlamanın bölgədə gərginliyi daha da artıracağı gözlənilir.
Dünən İsrail polisi müsəlmanların sərt reaksiyası qarşısında geri çəkilərək, məscidə girişlərə əngəl törətməmişdi.
Qeyd edək ki, Qüds şəhərində yerləşən Əl-Əqsa məscidi müsəlmanların Kəbədən öncəki ilk qibləgahıdır.