BAKI, 27 iyul — Sputnik. Tovuz sakini alkaqol içkidən zəhərlənib.
"Report"un məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü Yaşar İsmayıl oğlu İsmayılov alkaqollu içkidən zəhərlənərək xəstəxanaya aparılıb. Koma vəziyyətində olan gəncə həkimlər tərəfindən tibbi yardım göstərilib.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.