BAKI, 28 iyul — Sputnik. 2017/2018-ci tədris ilində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinə tələbə qəbulu dayandırılması ilə bağlı mətbuatda xəbərlər yayılıb. Sputnik Azərbaycan məsələni dəqiqləşdirmək üçün BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovadan münasibət öyrənib.
Məsələyə aydınlıq gətirən mətbuat xidmətinin rəhbəri bildirib ki, İlahiyyat fakültəsinin bakalavr və magistratura səviyyəsinin müvafiq ixtisaslarına qəbul davam edir.