Baş nazir vəzifəsindən uzaqlaşdırıldı

© AP Photo / B.K. BangashNəvaz Şərif, arxiv şəkli
Nəvaz Şərif, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu qərara onun ailə üzvlərindən bəzilərinin adının Panama sənədlərində yer alması səbəb olub

BAKI, 28 iyul — Sputnik. Pakistanın Konstitusiya Məhkəməsi, Baş nazir Nəvaz Şərifin vəzifədən uzaqlaşdırılması haqda qərar qəbul edib. Sputnik Azərbaycan bu barədə "New York Times"-a istinadən xəbər verir.

Məhkəmənin bu cür qərar verməsinə səbəb, Navaz Şərifin ailə üzvlərindən bəzilərinin adının Panama sənədlərində yer almasıdır. "Hökumətin işinə daha artıq zərər gəlməməsi üçün bu cür qərar qəbul olunub" — deyə Konstitusiya Məhkəməsindən bildirilib.

Panama sənədləri, dünyanın fərqli yerlərindən olan zəngin insanların, dövlət adamlarının, şirkət sahiblərinin sərvətlərini gizlətmək üçün ofşorlardan necə istifadə etdikləri üzərinə yayılıb. Sənədlər dünyanın ən məxfi şirkətlərindən biri olan "Panama Mossack Fonseca" hüquq firmasından sızıb.

Xəbər lenti
0