BAKI, 27 iyul — Sputnik. Bu gün Yevlax Rayon Mərkəzi Xəstəxanası yanıb. Fövqaladə Hallar Nazilriyinin Mətbuat xidmətinin rəhbəri Oktay Bayramovun Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğın xəstəxanın 3-4 mərtəbələri arasında kabellərin alışması nəticəsində baş verib. Nazirliyin əməkdaşları iki yataq xəstəsini və digər xəstələri təxliyə edib. İlkin məlumata görə, başqa zərərçəkən yoxdur.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub və yanğın söndürüb.