SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ukraynada "Saakaşvili" inqilabı

© Sputnik / Aleksei FurmanКиев
Киев - Sputnik Azərbaycan
Abunə olmaq
Dünən Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi açıqlanmışdı

BAKI, 27 iyul — Sputnik. Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin “Yeni qüvvələrin hərəkatı” partiyası tərəfdarlarını paytaxt Kiyevin Müstəqillik meydanında mitinq keçirməyə çağırıb. Sputnik Azərbaycan bu barədə "Korrespondent"-ə istinadən xəbər verir.

Partiya özünün "Facebook" səhifəsində Saakaşvili tərəfdarlarını sabiq qubernatora sahib çıxmağa səsləyib.

"Onlar həyasızcasına hamımızın üzünə tüpürüb deyirlər ki, bizim hüquqlarımız onlar üçün heç nədir” – partiyanın bəyanatında qeyd olunur.

Xatırladaq ki, dünən Ukrayna dövləti Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etdiyini açıqlamışdı. Lakin Saakaşvili, Ukraynaya qayıdacağını və mübarizəsini davam etdirəcəyini bildirib.

Xəbər lenti
0