Qüdsdə toqquşmalar nəticəsində azı 50 nəfər xəsarət aldı

© Sputnik / Игорь Носов / Mediabanka keçidГосударство Израиль
Государство Израиль - Sputnik Azərbaycan
Abunə olmaq
Polisin məlumatına görə, qarşıdurmaya asayiş keşikçilərinin Əl-Aksa məscidi qarşısında toplaşan dindarlar tərəfindən daş-qalaq edilməsi səbəb olub

BAKI, 27 iyul — Sputnik. Qüdsün tarixi mərkəzində baş vermiş toqquşmalar nəticəsində azı 50 nəfər xəsarət alıb.

Bu barədə “Qızıl Aypara” cəmiyyətinin məlumatında bildirilir. “Əməkdaşlarımız toqquşmalar zamanı xəsarət alan 56 şəxsə kömək ediblər” — deyə cəmiyyətin məlumatında bildirilir.

Polisin məlumatına görə, asayiş keşikçilərinin Əl-Aksa məscidi qarşısında toplaşan dindarlar tərəfindən daş-qalaq edilməsi qarşıdurmaya səbəb olub. Polis toqquşmalar zamanı yalnız bir polis əməkdaşının yaralandığını iddia edir.

Xəbər lenti
0