CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirliyin əməkdaşları 67 nəfəri xilas etdi

© Sputnik / Anar MustafayevFövqəladə Hallar Nazirliyi
Fövqəladə Hallar Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
649 nəfər təxliyə olunub

BAKI, 27 iyul — Sputnik. 2017-cı ilin I yarımilliyi ərzində respublika ərazisində 5368 təbii və texnogen mənşəli hadisə baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, bu il baş verən hadisələr 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 251 hadisə və ya 5% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 161 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 67 nəfər xilas edilib və 649 nəfər təxliyə olunub.

Xəbər lenti
0