BAKI, 27 iyul — Sputnik. Bu gün səhər saatlarında Masallı rayonu, Şərəfə kəndində vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 300 m2 olan dəmir konstruksiyadan ibarət talvarın 10 m2 sahədə taxta atmaları və talvarın altına yığılmış 24 ton ot bağlamasının 11 tonu, digər vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin isə yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.