BAKI, 27 iyul — Sputnik. İstanbul Atatürk Hava Limanında, Qazaxstanın Aktau şəhərinə uçmaq üçün hava limanının uçuş zolağında hərəkətə başlayan "Scat Airlines" şirkətinə aid təyyarə, Tayvan səfərinə hazırlaşan Türk Hava Yollarına məxsus təyyarə ilə toqquşub.
Sputnik Azərbaycan "Haber7"-yə istinadən xəbər verir ki, THY-ə məxsus təyyarənin quyruq bölməsinə ciddi ziyan dəyib. Göyərtədəki 286 sərnişin başqa bir təyyarəyə köçürülüb.