CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava isti, qiymət baha, vətəndaş narazı...

© Sputnik / Irade JELILÇimərlik
Çimərlik - Sputnik Azərbaycan
Abunə olmaq
Belə halla rastlaşan vətəndaş hüquq mühafizə orqanlarına müraciət edə bilər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Yayın qızmar istisində sərinlənmək üçün hamımız dəniz kənarına üz tuturuq. Dəniz kənarına gedəndə hamı çalışır ki, büdcəsinə uyğun istirahət mərkəzində və ya ictimai çimərlik deyilən (açıq ərazilər) ərazilərdə istirahət etsin. Kimi pulsuz açıq ərazilərə üstünlük verir, kimi istirahət mərkəzlərinə…

Ancaq müşahidələr onu göstərir ki, azacıq öz sağlamlığının qayğısına qalan şəxslər ictimai çimərliyə getmirlər. Səbəb isə göz önündədir. İctimai çimərliklər orada istirahət edən şəxslər tərəfindən zibillənir və müvafiq qurumlar tərəfindən çox gec təmizlənir. Pullu istirahət mərkəzləri isə bir çox insanın büdcəsinə uyğun deyil.

© Sputnik / Irade JELILİctimai çimərliklər orada istirahət edən şəxslər tərəfindən zibillənir və müvafiq qurumlar tərəfindən çox gec təmizlənir
İctimai çimərliklər orada istirahət edən şəxslər tərəfindən zibillənir və müvafiq qurumlar tərəfindən çox gec təmizlənir - Sputnik Azərbaycan
İctimai çimərliklər orada istirahət edən şəxslər tərəfindən zibillənir və müvafiq qurumlar tərəfindən çox gec təmizlənir

Məsələn, Novxanıda "My Beach" istirahət mərkəzinə giriş 20 manatdır. Və içəriyə heç bir su və ya qida keçirilməsinə icazə verilmir.

Ötən gün redaksiyamıza müraciət Ramin Əliyev deyir ki, həftə sonu yolunu "My Beach"dən salıb. Ancaq qarşılaşdığı vəziyyət heç də ürəkaçan olmayıb: "Qapıda bildirdilər ki, istirahət mərkəzinə giriş 20 manatdır. Qeyd edim ki, cəmi 2 il əvvəl bu qiymət 10 manat idi… İki nəfər üçün 40 manat ödədim. Əlimdəki çantada su, meyvə götürmüşdüm. Amma mühafizəçi bildirdi ki, heç bir halda mən içəri yemək və ya su keçirə bilmərəm. Yəni, ürəyim nəsə istəsə, mütləq mərkəzdən almalıyam".

"Mən mühafizəçiyə onların çirkli, xloru həddən artıq bol olan hovuzundan istifadə etmək niyyətində olmadığımı, dənizə getmək istədiyimi bildirsəm də, heykəl rolunu oynayan bu şəxs "olmaz" deyib durmuşdu. Təbiətən sakit adam olsam da, bu dəfə mübahisə etdim və qadağanın kimin tərəfindən tətbiq olunduğunu soruşdum. Sonra isə çox uca səslə istirahət mərkəzinin rəhbərliyinin gəlməsini və mənə açıqlama verməsini tələb etdim" — vətəndaş bildirir.

Dediyinə görə, bundan sonra özünü mühafizənin rəhbəri kimi aparan qadın ona yaxınlaşıb: "Bu şəxslə də eyni situasiya davam etdi. Dənizin onların olmadığını və məni dəniz sahilinə buraxmamaq hüququnu onlara kimin verdiyini soruşanda, "mühafizə rəhbəri" geri çəkildi. Görünür, onlara artıq prezidentin dənizin hasara alınması ilə bağlı yeni fərmanı barədə məlumat verilmişdi. Ancaq mənim sərt etirazımdan sonra mühafizəçilər geri çəkildilər və hətta qiyməti də 10 manata saldılar. Bunu çimərlik ərazisində quraşdırılan gündən qorunma yerlərindən – günlüklərdən istifadə edə biləcəyimlə əlaqələndirdilər. Mən də həqiqətən həmin günlüklərdən istifadə edəcəyimə görə, etiraz etmədim. Amma deyim ki, istənilən halda dəniz kənarına ödəniş müqabilində buraxılmaq qanunsuzdur".

R. Əliyev onu da bildirdi ki, dəniz kənarı mərkəzlər tərəfindən götürülsə də, dəniz kənarına getmək pulsuz olmalıdır. Yəni hər bir vətəndaşın haqqıdır ki, dəniz kənarına gəlib istirahət etsin.

© Sputnik / Irade JELILNovxanıda fəaliyyət göstərən "Sunset" istirahət mərkəzi
Novxanıda fəaliyyət göstərən Sunset istirahət mərkəzi - Sputnik Azərbaycan
Novxanıda fəaliyyət göstərən "Sunset" istirahət mərkəzi

Digər bir şikayətçi İlahə Əlizadə isə Novxanıda fəaliyyət göstərən "Sunset" istirahət mərkəzindən şikayətçidir: "Həftə sonu istirahət üçün Novxanıya, "Sunset" istirahət mərkəzinə üz tutdum. Onu da qeyd edim ki, mən mərkəzin daimi müştərisiyəm. Avtomobilimlə içəri daxil olanda, yeni işə qəbul edilmiş mühafizəçi içəridə yerin olmadığını bildirib məndən mərkəzi tərk etməyi tələb etdi. Amma içəridə avtomobil saxlamaq üçün xeyli sayda yer vardı".

Şikayətçi bildirir ki, bir qədər mübahisədən sonra mühafizəçiyə 102-yə zəng edəcəyini bildirib. Bundan sonra qadına avtomobil saxlamaq üçün yer göstərilib: "Sunset" çox baha istirahət mərkəzidir. Təsəvvür edin, sadəcə stol və stul götürmək 20 manatdır. Gerisini özünüz düşünün…"

Bu şikayətlərlə əlaqədar Sputnik Azərbaycan-ın əməkdaşı, istirahət mərkəzlərindəki qiymətlərlə maraqlanıb. Mərkəzlərin çoxunda giriş haqqı tələb edilməsə də, bir neçəsinə giriş haqqı ödəmədən daxil olmaq mümkün deyil. Giriş haqqına hovuzda üzmək, "lejanka", stol və stul daxildir. Ancaq yemək, su və ya çay istəsən, bunun da təbii ki, haqqını ödəməlisən.

Həm də bu mərkəzlərdə qiymətləri digərləri ilə müqayisədə bahadır. Giriş haqqını ödəyib içəri girən müştəri isə özü ilə su və qida götürə bilməz. Xoşbəxtlikdən Novxanıda 2-3 belə mərkəz var. Digərlərinə isə giriş pulsuz olsa da, qapıda qoyulmuş mühafizəçilər müştəriləri özləri seçərək içəri buraxırlar. Bunu da hansı meyarlarla seçdikləri ancaq özlərinə məlumdur.

© Sputnik / Irade JELILBurada sadəcə stol və stul götürmək 20 manatdır
Burada sadəcə stol və stul götürmək 20 manatdır - Sputnik Azərbaycan
Burada sadəcə stol və stul götürmək 20 manatdır

Əgər avtomobilini istirahət mərkəzinin həyətində saxlamaq istəyirsənsə, bunun üçün mütləq "stoyanşik"ə "hörmət" eləməlisən. Əks halda içəri buraxılmayacaqsan. Giriş haqqı olmayan istirahət mərkəzlərində tualet, duş və geyim otağı ayrı-ayrılıqda 50 qəpikdir.

Stol-stul götürməyin də qiymətləri fərqlidir. Əgər dənizə bir qədər yaxın oturmaq istəsən, 20 manat ödəməlisən, bir qədər içəridə olan çətirli stolların qiyməti 10 manatdır. Yox əgər pulsuz istirahət etmək istəyirsənsə, ya dənizin kənarına adyal salıb oturmalısan, ya da istirahət mərkəzinin girəcəyində olan ümumi restoranda əyləşməlisən. Bu istirahət mərkəzlərində qiymət nisbətən ucuzdur. Məsələn, 1 çaynik çay 3 manat, qutab 50 qəpik, tikə kabab (3 tikə) 6-8 manat, toyuq kababı (3 tikə) 5 manat, salatlar 3 manat, kartof qızartması bir pay 3 manat, saciçi 15-20 manatadır. Yəni bu qiymətlər "giriş haqqı" tələb edilən istirahət mərkəzləri ilə müqayisədə təxminən 2 dəfə ucuzdur.

Belə istirahət mərkəzlərində səyyar satıcılar da çoxdur. Siqaret, tum, uşaqlar üçün oyuncaqlar, su şarları satışı ilə məşğul olan kifayət qədər səyyar satıcı var.

© Sputnik / Irade JELILGiriş haqqı olmayan istirahət mərkəzlərində tualet, duş və geyim otağı ayrı-ayrılıqda 50 qəpikdir
Giriş haqqı olmayan istirahət mərkəzlərində tualet, duş və geyim otağı ayrı-ayrılıqda 50 qəpikdir - Sputnik Azərbaycan
Giriş haqqı olmayan istirahət mərkəzlərində tualet, duş və geyim otağı ayrı-ayrılıqda 50 qəpikdir

Onlardan biri də Vüqardır. Yaxınlaşıb tum təklif edir. 14 yaşı var Vüqarın. Deyirəm, "gəl, bir şəklini çəkim, tum da alaram", əvvəlcə tərəddüd etsə də, razılaşır. Vüqar deyir, gündə 10-15 manat qazanır. Bu da yaşlı anasını və bacısını saxlamağa bəs edir. Vüqar arzulayır ki, böyüyəndə onun da belə istirahət mərkəzi olsun. Deyir, bəzən satdığı məhsulları dostlarına tapşırıb dənizə də baş vurur. Suda olanda bütün problemlərini unudur.

Qiymətlərə gəldikdə isə, buranın səyyar satıcıları satdıqları hər şeyi 2 dəfə baha satırlar. Deyirlər ki, belə etməsələr, qazancları olmaz.

Ərazidə xidmət edən FHN əməkdaşlarının iş saatı 20.00-da bitir. Bu saatdan sonra istirahət mərkəzinin əməkdaşları istirahət edənlərə xüsusi xəbərdarlıq edərək, 20.00-dən sonra dənizə girməyin təhlükəli olduğunu bildirirlər.

© Sputnik / Irade JELILHeç bir qurumun haqqı yoxdur ki, dənizə girdiyinə görə vətəndaşdan haqq tələb eləsin
Heç bir qurumun haqqı yoxdur ki, dənizə girdiyinə görə vətəndaşdan haqq tələb eləsin - Sputnik Azərbaycan
Heç bir qurumun haqqı yoxdur ki, dənizə girdiyinə görə vətəndaşdan haqq tələb eləsin

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, hər bir Azərbaycan vətəndaşının hüququdur ki, dənizə getsin, dənizdən pulsuz istifadə etsin. Və heç bir qurumun haqqı yoxdur ki, dənizə girdiyinə görə vətəndaşdan haqq tələb eləsin: "İndi bütün qəsəbələrdə dəniz kənarı hasara alınıb, istirahət mərkəzinə çevrilib. Vətəndaş zibilləməmək şərti ilə istədiyi mərkəzə pul ödəmədən daxil olub, onların vasitələrindən istifadə etmədən dəniz sahilində əyləşə, istirahət edə bilər. Yəni, heç bir istirahət mərkəzi deyə bilməz ki, dənizin kənarında əyləşmə, mənimdir".

"Çünki bu barədə qanun da var. Dəniz kənarı müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasarlana bilər. Bu barədə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsində qeyd olunub. Maddəyə görə, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər" — hüquqşünas əlavə edib.

F. Həmidli bildirir ki, vətəndaşlar dəniz kənarına buraxılmadığı təqdirdə hüquq mühafizə orqanlarına müraciət edə bilərlər.

Yayın əvvəli sərin olsa da, indi havalar çox isti keçir, istirahət isə baha. Məncə bəzi insanlar açıq əraziləri zibilləməsə, hər kəs istədiyi kimi istirahət edə bilər…

Xəbər lenti
0