BAKI, 27 iyul — Sputnik. İsrail hökuməti, Əl-Əqsa məscidinin girişinə qoyduğu metalaxtarma aparatlarını ləğv etməsinin ardınca, dəmir barmaqlıqları da ərazidən götürüb. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, Qüds şəhərinin müsəlman liderləri, qərardan məmnun olduqlarını açıqlayıblar.
Bir neçə gündür ki, İsrail polisinə etiraz əlaməti olaraq bütün namazları küçədə qılan fələstinli müsəlmanlar, yeni qərardan sonra məscidə girməyə başlayıblar.
Xatırladaq ki, iyulun 14-də İsrail polisinin namaz qılmaq istəyən fələstinli 3 gənci öldürməsindən sonra, qəzəblənən kütlə iki polisi öldürmüş, bunun üzərinə İsrail hökuməti Əl-Əqsa məscidi ətrafında metal axtaran qurğular quraşdırmışdı. Bu isə, yerli və dünya müsəlmanlarının qəzəbinə səbəb olmuşdu.