Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur aktrisa hamının gözlədiyi suala cavab verdi

© AP Photo / Heng SinithAncelina Coli
Ancelina Coli - Sputnik Azərbaycan
Abunə olmaq
Son bir ilin ən çox dartışılan hadisələrindən birinə aydınlıq gətirilib

BAKI, 27 iyul — Sputnik. Dünyaca məşhur amerikalı aktrisa Ancelina Coli, "Vanity Fair" adlı moda jurnalına Bred Pittlə boşanma prosesi haqda maraqlı açıqlamalar verib. Sputnik Azərbaycan xəbər verir ki, həmin ərəfədə çətin günlər keçirdiyini deyən A.Coli, uşaqlarından gizli hamamda ağladığını söyləyib.

"Mənim Pittlə münasibətim 2016-cı ilin yayında "First They Killed My Father" filminin Kambocadakı çəkilişləri əsnasında zəifləməyə başlamışdı. Sadəcə havadan və sudan danışmaq üçün bir yerə gələn insanlar kimi dik. Həyatımın ən çətin dövrü idi" — Ancelina Coli deyib.

"Bu soyuqluq bizi boşanmaya apardı. Onunla ayrılan zaman, əhvalım çox bərbad idi. Uşaqlara heç nəyi büruzə verməmək üçün hamama girib, orada ağlayırdım. Heç nəyin əvvəlki kimi olmayacağını bilsəm də, uşaqlarda bu düşüncənin hakim olmasını istəmirdim" — aktrisa əlavə edib.

Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2016-cı ilin sentyabrında boşanıblar.

Xəbər lenti
0