BAKI, 27 iyul — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Maykl Pampeo, Venesuelada hökuməti devirmək üçün Kolumbiya və Meksika ilə əməkdaşlıq etdiklərini etiraf edib. Sputnik xəbər verir ki, o, bu barədə "Aspen" İctimai Fikir İnstitutundakı çıxışı zamanı deyib.
Venesuelada davam edən və 100-ə yaxın insanın həyatını itirməsinə səbəb olan kütləvi aksiyalarda Amerikanın rolu olduğu bilinsə də, bu, heç vaxt rəsmi dillə ifadə olunmamışdı. MKA rəhbərinin etirafına Venesuela prezidenti Nikolas Maduro sərt reaksiya göstərib.
"Amerika Birləşmiş Ştatları Meksika və Kolumbiya ilə əməkdaşlıq edərək, Venesueladakı seçilmiş, konstitusyon hökuməti devirməyi və gözəl ölkəmizi ələ almağa çalışıb. Bu, Vaşinqtonun nə qədər iyrənc insanlar tərəfindən idarə olunduğunu göstərir" — Maduro bildirib.