CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Wikileaks dünyanı sarsıdacaq sənədlər açıqladı

© Sputnik / Илья Питалев / Mediabanka keçidПользователи интернета читают сайт WikiLeaks
Пользователи интернета читают сайт WikiLeaks - Sputnik Azərbaycan
Abunə olmaq
Wikileaks ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı və məsafədən istifadəçilərin kompüterlərinə nəzarət etməyə imkan verən proqramlar barədə sənədlərin yeni qismini dərc edib.

BAKI, 27 iyul — Sputnik. Wikileaks təşkilatı bu gün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hazırladığı və məsafədən istifadəçilərin kompüterlərinə nəzarət etməyə imkan verən proqramlar barədə sənədlərin yeni qismini dərc edib.

"Bu gün, iyulun 27-də, Wikileaks MKİ-in Imperial layihəsi barədə sənədləri dərc edir" — təşkilatın saytında bildirilir.

Sənədlərdə MKİ tərəfindən yaradılmış Achilles, Aeris və SeaPea "troyan" proqramlarının iş prinsipləri barədə məlumat var. Bu proqramlar istifadəçinin xəbəri olmadan onun qovluqları və faylları ilə müxtəlif əməliyyatlar keçirə bilir.

Proqramlar Mac OS X, Debian və Solaris kimi əməliyyat sistemlərində istifadə olunurlar.

Wikileaks MKİ-nin həyata keçirdiyi kibercasusluq üsulları haqqında sənədləri bu il martın 7-dən dərc etməyə başlayıb. Bu sənədlərə əsasən, hazırlanan proqramlar digər, məsələn, Linux və ya Microsoft Windows əməliyyat sistemləri ilə işləyən kompüterləri, həmçinin smartfonlari məsafədən nəzarətdə saxlaya bilir.

Xəbər lenti
0