Media eksperti Azər Həsrət Sputnik-Azərbaycana bildirib ki, "Amnesty International" təşkilatı terror qruplaşmalarını dəstəkləyərək bütün türk ölkələrinə qarşı qərəzli mövqe ilə çıxış edir: "Mövlud Çavuşoğlu bu cür məsələləri bizim hər birimizdən daha yaxşı görür və bilir. Türkiyə dövləti "Amnesty International" təşkilatını bu cür yanaşmada açıq şəkildə ittiham edə bilər. Bu, haqlı yanaşma və haqlı münasibətdir".
"Türkiyə və Azərbaycan başda olmaqla "Amnesty International" təşkilatı digər türk dövlətlərinə qarşı da davamlı olaraq qərəzli bəyanatlar verir. Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanda hər hansı adi etiraz aksiyası olarkən "Amnesty International" təşkilatı dərhal ona reaksiya verib dövləti ittiham edir. Biz onlarla təmaslarda da deyirik ki, çalışın öz obyektivliyinizi qoruyun", — deyə Azər Həsrət bildirib.