Ukrayna Donald Trampın iddiasını təkzib etdi

© REUTERS / Jim BourgABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp Ukrayna hökumətinin 2016-cı ildə keçirilən prezident seçkilərində Hillari Klintonun qalib gəlməsi üçün külli miqdarda vəsait xərclədiyini iddia edib

BAKI, 26 iyul — Sputnik. ABŞ prezidenti Donald Trampın "Ukrayna 2016-cı il Amerikadakı seçkilərin nəticəsinə müdaxilə edib" bəyanatına Ukraynadan cavab gecikməyib. Sputnik Azərbaycan "CNBC"-yə istinadən xəbər verir ki, Trampın iddiasına cavabı ABŞ-ın Kiyevdəki səfirliyi verib.

Səfirliyin açıqlamasında deyilir: "Ukrayna ötən il Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərində heç bir namizədi dəstəkləməyib. Rəsmi Kiyev öz növbəsində ABŞ-ın hər iki partiyasına Ukraynaya verdikləri dəstəyə görə minnətdardır". 

Xatırladaq ki, Ağ Evin başçısı Donald Tramp, Pyotr Poroşenkonun idarə etdiyi Ukrayna hökumətinin 2016-cı ildə keçirilən prezident seçkilərində Hillari Klintonun qalib gəlməsi üçün külli miqdarda vəsait xərclədiyini iddia edib. Tramp bu faktın araşdırılmalı olduğunu bildirib.

Xəbər lenti
0