Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Toyuq fermasında aşkarlanan nə buğda oldu, nə də yumurta

© Sputnik / İgor Zarembo / Mediabanka keçidРабота птицефабрики "Гурьевская" в Калининградской области.
Работа птицефабрики Гурьевская в Калининградской области. - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə toyuq fermasında 1 ton heroin aşkarlanıb

BAKI, 26 iyul — Sputnik. Bu gün Türkiyədə toyuq fermasında 1 ton heroin aşkarlanıb.

APA-nın verdiyi məlumata görə, İstanbul polisi Sakarya rayonunun Hendek qəsəbəsində bir toyuq fermasında əməliyyat keçirib.

Fermadan narkotik vasitə emalatxanası yaradıldığı, binalar arasında tunellərlə əlaqə yaradıldığı üzə çıxıb. Emalatxanada heroinlə doldurulmuş paketlər və heroin istehsalında istifadə edilən kimyəvi maddələr tapılıb. Ümumilikdə, fermada 1 ton heroin aşkarlanıb. Bununla da Türkiyədə son 15 ildə ən böyük həcmdə heroin aşkarlanıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 5 nəfər saxlanılıb.

Xəbər lenti
0