İŞİD-ə qarşı "Homoseksualların Üsyançı Qurtuluş Ordusu" yaradıldı

© REUTERS / Goran TomasevicВоенные действия в Сирии
Военные действия в Сирии - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq sözügedən ordunun iştirakçıları Suriyanın Raqqa şəhərində gedən döyüşlərdə iştirak edirlər

BAKI, 26 iyul — Sputnik. LGBT fəalları "İslam Dövləti" terror qruplaşması (İŞİD) ilə döyüş əməliyyatlarının aparılması üçün öz ordusunu formalaşdırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.

LGBT bayrağı - Sputnik Azərbaycan
RUSİYA
Homoseksuallarla bağlı xəbər ortalığı qarışdırdı

Yeni ordu "Homoseksualların Üsyançı Qurtuluş Ordusu" (The Queer Insurrection and Liberation Army, və ya TQILA) adlanır və o, "Beynəlxalq Azadlıq Batalyonu"nu (International Freedom Battalion) tərkibindəki "Beynəlxalq İnqilabi Xalq Üsyançı Qoşunları" (IRPGF) ilə birlikdə döyüşəcək.

"Biz "Beynəlxalq İnqilabi Xalq Üsyançı Qoşunları" (IRPGF) rəsmən LGBT və QI hərəkatlarının tərəfdarlarından ibarət "Homoseksualların Üsyançı Qurtuluş Ordusu"nun (TQILA) qurulduğunu elan edirik" — deyə IRPGF-nin Twitter-də yayımladığı bəyanatında bildirilir.

Məlumata görə, TQILA "tiraniya, faşizm və zülm"lə mübarizə aparacaq. Hazırda ordudakı döyüşçülərin dəqiq sayı məlum deyil. Amma TQILA-nın təmsilçisi Xeval Rocilat bəyan edib ki, artıq sözügedən ordunun iştirakçıları Suriyanın Raqqa şəhərində gedən döyüşlərdə iştirak edirlər.

Suriyada kürdlərin YPG qüvvələri ilə eyni cəbhədə yer alan yeni təşkilatın hərbi qurumunun yaradılmasında İŞİD-in Mosul həbsxanalarının pəncərələrindən tulladığı homoseksualların görüntülərinin önəmli rol oynadığı bildirilir. IRPGF, sadəcə radikal müsəlman təşkilatlara deyil, radikal xristian təşkilatlara da qarşı olduqlarını bəyan edib.

Xəbər lenti
0