BAKI, 26 iyul — Sputnik. Fransanın cənubunda güclü meşə yanğınları səbəbindən, 10 min nəfər vətəndaş bölgədən təxliyə edilib. Sputnik Azərbaycan bu barədə "The Guardian"-a istinadən xəbər verir.
Yanğını söndürmək üçün əraziyə 4 min işçi qüvvəsi cəlb olunub. Ölən və yaralananlar barədə hələlik məlumat yayılmayıb.