SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert: “Cəbhədəki hadisələr Azərbaycanı qəti addım atmağa məcbur edir”

Abunə olmaq
Aydınlar Partiyası sədrinin müavini deyir ki, prezidentlərinin görüşü bir nəticə verməsə belə, yenə də bu danışıqlar aparılmalıdır.

Qorxmaz İbrahimli: “Ermənistan bu yoldan əl çəkmək istəmir”
Cəbhədəki son hadisələr, xüsusən də günahsız uşağın və nənəsinin ermənilər tərəfindən amansızlıqla və qəsdən öldürülməsi Azərbaycanı son qəti addıma əl atmağa məcbur edir. Bunu Sputnik-Azərbaycana Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli deyib.

Onun sözlərinə görə, ermənilər yenidən bizim vətəndaşları öz evlərində qətlə yetirib: "Bu günə qədər mən də təqdir etmişəm ki, dövlət savaş yolu ilə deyil, siyasi danışıqlar yolu ilə bu işi həll etsin. Təəssüf ki, Ermənistan bu yoldan əl çəkmək istəmir. Hesab edirəm ki, Azərbaycan axır qətiyyətli addımını atmalıdır".

"Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri hələ ki bir nəticə verməsə belə, yenə də beynəlxalq ictimaiyyətin müşahidəsi və nəzarəti altında bu danışıqlar aparılmalıdır. Sentyabrda gerçəkləşəcək görüşdən mən böyük bir dəyişiklik gözləmirəm, amma hər halda Azərbaycan bu yolu da heç vaxt kənara qoymayıb və danışıqları davam etdirib", — deyə Qorxmaz İbrahimli bildirib.

Xəbər lenti
0