SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə hökumətində sürpriz istefa

© Photo : DHADiyanet İşleri Başkanı Mehmet Görmez
Diyanet İşleri Başkanı Mehmet Görmez - Sputnik Azərbaycan
Abunə olmaq
Mehmet Görmez elmi fəaliyyətlə məşğul olacağını açıqlayıb

BAKI, 26 iyul — Sputnik. Türkiyə dövlətinin Dini Qurumlar üzrə idarəsinin rəhbəri Mehmet Görmez vəzifədən gedəcəyini açıqlayıb. Sputnik Türkiyə xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarına cavab verərkən deyib.

Jurnalistin “İstefadan sonra hansı vəzifədə olacaqsınız?” sualına Mehmet Görməz, “Bütün vəzifələr sadəcə bir əmanətdir. Vaxtı gələndə təhvil verilir. Bundan sonra elmlə məşğul olacağam. Həm əziz millətimizin, həm də İslam dünyasının elm həyatına fayda vermək üçün bu sahədə çalışacağam” — deyə, cavab verib.

Xəbər lenti
0