CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aztəminatlı ailələrdən olan uşaqların xüsusi qayğıya ehtiyacı var

Abunə olmaq
"Qaçqın, məcburi köçkün, yetim, kimsəsiz, eləcə də digər aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinin rəhbəri deyir ki, müxtəlif kurslardan 80 yaxın uşaq faydalanıb.

Aztəminatlı ailələrdən olan uşaqların xüsusi qayğıya ehtiyacı var
“Biosfer” İctimai Birliyi tərəfindən "Qaçqın, məcburi köçkün, yetim, kimsəsiz, eləcə də digər aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinə yekun vurub. Layihənin rəhbəri Tural Məmmədov Sputnik-Azərbaycana bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib:

"Layihəmiz cari ilin may, iyun və iyul aylarını əhatə edir. Biz bu müddət ərzində qeyd olunan təbəqədər olan uşaqlar üçün 24 kurs təşkil etdik. Təxminən iki həftədən bir keçirilən kursların yekunları ilə bağlı ictimaiyyətə açıq olan təlim həyata keçirildi ki, hər kəs orada təlimin gedişini izləmək imkanı qazandı".

"Müxtəlif kurslara 80 uşaq cəlb olunmuşdur ki, bunun 40-ı oğlan, 40 nəfəri isə qız uşaqları idi. Qız uşaqlarına tikmə və hörmə sənətləri, oğlan uşaqlarına isə müxtəlif suvenirlərin, təsvir və formaların hazırlanması öyrədildi. Biz layihə çərçivəsində belə qənaətə gəldik ki, bu təbəqədən olan uşaqlar xüsusi diqqət və qayğı istəyir. Onlar həyata iki əl ilə yapışmaq istəyirlər ki, kimsə onlara dəstək versin", — deyə Tural Məmmədov bildirib.

Xəbər lenti
0