BAKI, 26 iyul — Sputnik. Ağ Evin mətbuat xidmətinin keçmiş rəhbəri Şon Spayserin köməkçisi Maykl Şort da istefa verib. Sputnik Azərbaycan "Fox"-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat yayılıb.
"Yeni sözçü Sara Sanders Şortun istefasını qəbul edib. Biz Maykıla xidmətlərinə görə minnətdarıq və ona gələcək işlərində uğurlar arzulayırıq" — deyə bəyanatda bildirilir.
Xatırladaq ki, iyulun 21-də Şon Spayser Ağ evin mətbuat katibi vəzifəsindən istefa vermişdi.