CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qurumu haqqında deyilənlərlə bağlı təkzib verdi

© Sputnik / Murad OrujovПродажа мяса в Баку, фото из архива
Продажа мяса в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bütün bunlar hamısı müəyyən şəxslər tərəfindən qərəzli şəkildə Xidmətin iş ahəngini pozmaq və xidmət rəhbərliyinə qarşı qara yaxmaq məqsədi daşıyır.

BAKI, 26 iyul — Sputnik. Son dövrlər bir sıra elektron və kütləvi informasiya vasitələrində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və onun rəhbərliyi barədə qərəzli, yalan və həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bununla əlaqədar bildiririk ki, dərc edilən və yayımlanam məqalələrdə göstərilən fikirlər həqiqəti əks etdirmir, məqsədli və qərəzli şəkildə yayılan bu məlumatlar Dövlət Xidmətinin iş ahəngini pozmağa və onun rəhbərliyinə qərəzli şəkildə qara yaxmağa xidmət edir. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Baytarlıq Nəzarəti Xidməti Mətbuat Xidmətinin rəhbəri Yoçu Xanvəli açıqlama verib: " Təəssüf edirik ki, bəzi elektron və kütləvi informasiya vasitələri köhnə məlumatları oxuculara yeni material kimi təqdim edirlər.

Belə ki, dia.az, xalqxeber.az və digər saytlarda yazı və video formatında ("Baytarlıq idarəsi rüşvət yığır" yerləşdirilən məlumatlar 2016-cı il 12 sentyabr tarixində çəkilərək Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəhbərliyi tərəfindən yol verilmiş nöqsanları əks etdirir. Lakin həmin görüntülər oxuculara yeni məlumat kimi təqdim edilir. Bununla əlaqədar bir daha bildiririk ki, həmin video çəkilişdə əks etdirilən nöqsanlarla əlaqədar dərhal Kənd Təsərrüfatı Nazirliyi tərəfindən araşdırma aparılmış və Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəhbərliyi tərəfindən ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, nöqsanlar barədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dərhal tədbirlər görülərək Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsindən azad edilmiş və toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilmişdir. Belə neqativ hallara qarşı Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Xidməti tərəfindən dərhal reaksiyalar verilir, qarşısı alınaraq müvafiq tədbir görülür".

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bütün bunlar hamısı müəyyən şəxslər tərəfindən qərəzli şəkildə Xidmətin iş ahəngini pozmaq və xidmət rəhbərliyinə qarşı qara yaxmaq məqsədi daşıyır.

Xəbər lenti
0