CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir təbiət düşməni cərimə edildi

CC BY 2.0 / jimi kim / stumpKəsilmiş ağac kötüyü, arxiv şəkli
Kəsilmiş ağac kötüyü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı protokol tərtib edilib.

BAKI, 26 iyul — Sputnik. 16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, reyd zamanı Xızı rayonu, Altıağac bələdiyyəsinin ərazisində qəsəbə sakini Nicat Novruzbəyov tərəfindən 1 ədəd yaş köküstə söyüd ağacının kəsilməsi faktı aşkar olunub. Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə N.Novruzbəyova inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.

Xəbər lenti
0