BAKI, 25 iyul — Sputnik. İsrail dövləti beynəlxalq təzyiqlərə tab gətirməyərək, Əl-Əqsa məscidində quraşdırdığı metal axtaran qurğuları sökməyə başlayıb. Sputnik Türkiyə xəbər verir ki, aparatlar sökülsə də, təhlükəsizlik kameraları məscidin həyətində qalmaqda davam edəcək.
Xatırladaq ki, iyulun 14-də İsrail polisinin namaz qılmaq istəyən fələstinli 3 gənci öldürməsindən sonra, qəzəblənən kütlə iki polisi öldürmüş, bunun üzərinə İsrail hökuməti Əl-Əqsa məscidi ətrafında metal axtaran qurğular quraşdırmışdı. Bu isə yerli və dünya müsəlmanlarının qəzəbinə səbəb olmuşdu.