CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Sürücü parklanma yerində heç nə sübut etməli deyil”

© Photo : social page of Ershad HuseynovYol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquqşünas deyir ki, parklanma yerlərində avtomobillərin daxil olduğu vaxtı dəqiqə və saniyəsinə kimi dəqiq qeydə alan, ödənişi və nəqliyyat vasitəsinin parklanmanı tərk etməsini qeydə alan xüsusi texniki vasitələr olmalıdır.

Ərşad Hüseynov: “Ödənişi əvvəlcədən etmək məcburi deyil”
Maşın parkomatlarının üzərində tariflər qeyd edilsə də, ilk 15 dəqiqənin pulsuz olduğu göstərilmir. Hətta ilk yarım saat üçün ödənişin 50 qəpik olduqu göstərilir. Bu hal sürücülərlə parkomat nəzarətçiləri arasında mübahisələrə səbəb olur. Sürücülər bildirir ki, parkomat təsir zonasında avtomobili hətta 5 dəqiqə saxladıqda belə onlardan pul tələb edilir.

Hüquqşünas Ərşad Hüseynov Sputnik-Azərbaycana bildirib ki, “Yol hərkəti haqqında” qanunun 53-cü maddəsinə edilən dəyişikliyə əsasən parkomatların təsir zonasında ilk 15 dəqiqə ərzində ödəniş etmədən avtmobil saxlamağa icazə verilir: “53-cü maddədə göstərilir ki, parklanma yerlərində avtomobillərin daxil olduğu vaxtı dəqiqə və saniyəsinə kimi dəqiq qeydə alan, ödənişi və nəqliyyat vasitəsinin parklanmanı tərk etməsini qeydə alan xüsusi texniki vasitələr olmalıdır”.

“Sürücü parklama yerinə daxil olanda qurğu onu qeydə almalıdır və 15 dəqiqədən çox dayanarsa bu zaman ödəniş etməlidir. Bir sözlə parklanma elə quraşdırılmalıdır ki, sürücüyə parkomat bildirməlidir ki, ödəniş etsin. Bu da parkomatların işidir”, — deyə Ərşad Hüseynov bildirib.

Xəbər lenti
0