BAKI, 25 iyul — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amnesty International beynəlxalq təşkilatının Türkiyə nümayəndəliyinin rəhbəri İdil Eseri FETÖ təşkilatına işləməkdə ittiham edib.
Bir müddət öncə Türkiyə məhkəməsi Eser və daha 5 hüquq müdafiəçisinin həbsi barədə qərar çıxarıb. Həbs olunanlar arasında Almaniya vətəndaşı Peter Ştoydtner də var. Həbs edilənlər terrorçuluğu dəstəkləməkdə günahlandırılırlar.
"Amnesty International Türkiyədə sərbəst surətdə fəaliyyət göstərir. Lakin onların rəhbəri FETÖ üzvüdür və xaricdəki FETÖ rəhbərləri ilə əlaqə saxlayıb. Onun Amnesty üzvü olmasının bu məsələyə dəxli yoxdur. Biz sadəcə istintaqı sürətləndirə bilərik. Sizə elə gəlir ki, biz Amnesty-nin fəaliyyətinə maneçilik törətmək istəyirik. Bu doğru deyil! Lakin onların bəzi üzvləri FETÖ-yə daxildirilər. Belə hallara bizim istənilən reaksiyamız hüquq və azadlıqları boğmaq kimi qiymətləndirilir" — nazir bildirib.