CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Böyükkəsik istiqaməti üçün mühüm xəbər

© pixabay / JadrogcЖелезнодорожные рельсы, фото из архива
Железнодорожные рельсы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 305 km dəmir yolu əsaslı təmir olunub.

BAKI, 25 iyul — Sputnik. Muğan-Qarasu mənzilində 9,3 km dəmir yolu əsaslı təmir olunur. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O, bildirib ki, Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu gün isə Muğan-Qarasu mənzilində 9,3 km uzunluğunda yolun əsaslı təmirinə start verilib. Qeyd edək ki, əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqovun sözlərinə görə, təmir işləri bir həftə müddətinə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 305 km dəmir yolu əsaslı təmir olunub.

Xəbər lenti
0