BAKI, 25 iyul — Sputnik. Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson vəzifəsindən istefa verə bilər. Sputnik Azərbaycan bu barədə "İndependent"-ə istinadən xəbər verir.
Məlumata görə, Reks Tillersonun prezident Donald Tramp ilə ciddi fikir ayrılıqları var. Xüsusilə də İran məsələsində ikili arasında mübahisə yarandığı iddia olunur. Bundan başqa, kadr seçimi ilə bağlı da prezidentlə dövlət katibi fərqli fikir sahibidirlər.