Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Xalqın zövqünü illərlə keyfiyyətsiz istiqamətdə formalaşdırıblar"

© Photo : ScreenshotOğlan evi filmindən kadr
Oğlan evi filmindən kadr - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-a köçən azərbaycanlı rejissor: "Belə məhdud tələblərlə işləməkdənsə, bu sənəti dərindən öyrənməyə üstünlük verirəm"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. Bir neçə ay öncə "Don Marleone" filmi ilə Azərbaycan mətbuatının gündəminə gələn, ardıcıl olaraq komediya filmləri çəkən rejissorlardan fərqli olaraq aksiyon janrda film ərsəyə gətirən rejissor Elmar Bayramov Amerika Birləşmiş Ştatlarına köçüb. İstedadlı rejissor ABŞ-a köçmə səbəbi və gələcək planları haqqında Sputnik Azərbaycan-a danışıb.

© Photo : Facebook / Elmar BayramovElmar Bayramov
Elmar Bayramov - Sputnik Azərbaycan
Elmar Bayramov

- "Don Marleone" filmi ilə ilk uğura imza atdınız. Film maraqla qarşılandı. Siz isə karyeranızın yüksələn vaxtında hər şeyi atıb ABŞ-a getdiniz. Uğur qazandığınız bir zamanda bu addımı atmağa sizi nə vadar elədi?

— "Don Marleone" filmindən sonra Bakıda mənə çox sayda film sifarişləri gəldi, amma hər şeyə "stop" deyib ailəm ilə ABŞ-a gəldik. Yoldaşım həm rəssamdır, həm də rəng korrektorudur. Eyni komandada çalışırıq. Komandanın digər üzvləri sentyabra kimi bura gələcəklər. O ki qaldı getmə səbəbimizə, indiki zamanda Azərbaycanda film sahəsində yalnız komediya janrında sifarişlər işləmək pul qazandırır. Bu, faktdır. Bizim kütlənin də hansı komediyanı sevdiyi məlumdur. Çünki auditoriyanın zövqünü illərlə belə formalaşdırıblar. Təəssüflə deyə bilərəm ki, bu, çox pis haldır. Millətimiz keyfiyyətsiz sənətin qurbanı olub və bu komediya filmlərinin əksəriyyəti bayağı və mənasızdır. Mən belə məhdud tələblərlə işləməkdənsə, bu sənəti dərindən öyrənməyə üstünlük verirəm. Bir sözlə, məqsədim böyük auditoriyalardır.

- Üç aydır ABŞ-dasınız. Orada rejissor kimi fəaliyyət göstərirsiniz?

— Bəli. "Black Garden Company" adı altında fəaliyyət göstəririk. Adımızın mənası "Qara Bağ" deməkdir. Bizdən tez-tez bu adın mənasını soruşurlar. Biz də Qarabağ haqqında məlumat veririk. Bir sözlə, adımızı elə seçmişik ki, burada həm də tariximizi tanıda bilək. Bu, ən rahat və təhlükəsiz üsuldur.

- Hədəfiniz nədir?

— Əsas hədəfimiz beynəlxalq film festivalları üçün filmlər çəkib, Azərbaycanı təmsil etməkdir. Hazirda biz aksiyon janrı üzrə ixtisaslaşmışıq, bir də bu janr daha keyfiyyətli və inandırıcı alınır. Lakin fərqli janrlar da ola bilər. Qeyd edim ki, bura Amerikadır və təbii ki, məhdudiyyət yoxdur.

- Amerikada film sahəsi çox inkişaf edib, belə bir ölkədə seçilə bilməyiniz üçün yeniliklər ortaya qoymalısınız. Bunu bacaracaqsınız?

Hoqqa filmindən kadr - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Müasir Azərbaycan filminin hoqqaları

— Bunu edə biləcəyimə 100% əminəm. Sadəcə vaxt lazımdır ki, burada özümü festivallarda göstərə bilim. Beynəlxalq səviyyədə, dünya səviyyəli film çəkmək üçün təbii ki, çox vaxt lazımdır. Bu, prosesin gedişatında müəyyən olur. Bu proses 3 il də çəkə bilər, 5 ilə kimi də uzana bilər.

- Amerikada film sahəsi üzrə təhsil almaq fikriniz var?

— Əlbəttə, bunun üçün bura gəlmişəm. Alacağım təhsil master səviyyəsi olduğu üçün filmlər çəkməliyəm. Mən rejissoram və təbii ki, rejissorluq sahəsinin dərinliklərini öyrənmək üçün burdayam.

- Təhsilinizi bitirdikdən sonra Azərbaycana geri dönüb qazandığınız təcrübəni burada tətbiq edəcəksiniz?

— Bunu zaman göstərəcək. Bütün cavablar zamandadır.

- Deməli, geri dönməyə də bilərsiniz?

— Hələlik bu barədə bir söz deyə bilmərəm.

- Siz eyni zamanda kapoyera idman növü üzrə peşəkar idmançı və müəllimsiniz. ABŞ-da da bu idman növü ilə məşğul olursuz?

— Bəli. Yaxın gələcəkdə öz qrupumu da açmağı planlaşdırıram. Məşqçi kimi başqa həmyerlilərimiz çalışacaq. Amma mən ona dəstək olacam. Çünki mənim məşqçi kimi fəaliyyət göstərməyə vaxtım yoxdur.

Xəbər lenti
0