BAKI, 24 iyul — Sputnik. Pakistanın Pəncab əyalətinin Lahor şəhərində partlayış törədilib.
Hadisədə 24 nəfər ölüb, 32 nəfər yaralanıb.
Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, partlayış texnoparkın yaxınlığındakı bazarda baş verib.
Polis idarəsindən bildirilib ki, hadisəni intiharçı-kamikadze törədib.
Məlumata görə, 32 yaralıdan 11-nin vəziyyəti ağırdır. Ölənlərdən azı 3-ü polis əməkdaşıdır. Yaralılar arasında asayiş keşikçiləri də var.