Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin qiyməti yenidən kəskin düşə bilər

© AFP 2024 / Robyn BECK Нефтяной насос и газовый факел в городе Уиллистон, штат Северная Дакота, 6 сентября 2016 года
Нефтяной насос и газовый факел в городе Уиллистон, штат Северная Дакота, 6 сентября 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
OPEC+ anlaşması "domino effekti" ilə dağıla bilər

BAKI, 24 iyul — Sputnik. OPEC+ anlaşmasının pozulma ehtimalı riski yaranıb.

"Report" xəbər verir ki, bu barədə proqnoz ABŞ-ın nüfuzlu "JPMorgan" bankının hesabatında yer alıb.

Hesabatda bildirilir ki, OPEC+ anlaşması "domino effekti" ilə dağıla bilər. Buna səbəb kimi isə anlaşmadan azad edilən dövlətlərin digər ölkələrin hasilatı azaltması hesabına yaşaması amili göstərilib. Qeyd olunur ki, tez və ya gec bu amil ümumi nizam-intizamı pozacaq və neft hasilatı bütün istehsalçı ölkələrdə artmağa başlayacaq.

Bu səbəbdən "JPMorgan" 2018-ci il üçün neft qiymətləri üzrə proqnozunu 45 dollar/barelə qədər endirə biləcəyini bildirib. Hələlik isə 45-50 dollar/barel diapazonu baza variantı kimi qəbul edilir.

Xəbər lenti
0