BAKI, 24 iyul — Sputnik. İran parlamentində qəbul olunan yeni qərara əsasən, narkotik aludəçiləri bundan sonra uyuşdurucu maddələri qaçaqmalçılardan yox, dövlətdən ala biləcəklər. Sputnik Azərbaycan bu barədə Timeturk-ə istinadən xəbər verir.
Yeni qərar barədə mətbuata açıqlamanı İran parlamentinin Hüquq Komissiyasının sözçüsü Həsən Nevruzi verib. Qərar layihəsi bəzi müxalif partiyalar tərəfindən etirazla qarşılanıb.
Qeyd edək ki, İranda 3 milyondan çox insan narkotik aludəçisidir.