SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsrail-Türkiyə gərginliyi pik həddə çatdı

© REUTERS / Baz RatnerTürkiyə və İsrail bayraqları Türkiyə Respublikasının Tel-Əvivdəki səfirliyinin üzərində dalğalanır
Türkiyə və İsrail bayraqları Türkiyə Respublikasının Tel-Əvivdəki səfirliyinin üzərində dalğalanır - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail Xarici İşlər Nazirliyi sərt qərar qəbul edib

BAKI, 24 iyul — Sputnik. İsrailin Türkiyədəki diplomatik nümyəndəlikləri, Ankaradakı səfirliyi və İstanbuldakı konsulluğu müvəqqəti olaraq bağlanıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bununla bağlı ölkənin Xarici İşlər Nazirliyi uyğun qərar qəbul edib.

İnformasiyaya əsasən, diplomatlar yaşadıqları mənzildə işləyirlər.

Məlumata görə, diplomatik təmsilçiliklərin bağlanmasına iki səbəb göstərilir. Səbəb olaraq iyulun 23-də İordaniyanın Əmman şəhərindək İsrail səfirliyinin mühafizəçisinə və Türkiyədə keçirilən yürüşlər zamanı sinaqoqa hücum göstərilir. 

Türkiyədə yürüş Qüdsdəki “Əl-Əqsa” məscidinə İsrail hökumətinin tətbiq etdiyi məhdudiyyətə etiraz olaraq keçirilib.

Xəbər lenti
0