BAKI, 24 iyul — Sputnik. İsrail ordusu bu gecədən etibarən HƏMAS qruplaşmasının nəzarətindəki Qəzza bölgəsini bombalamağa başlayıb. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, İsrail ordusunun hədəfində "İzzəddin əl Qəssam" tuqaylarının Xan Yunus məhəlləsindəki silah anbarı olub.
Məlumata görə, hücum zamanı can itkisi olmayıb. İsrailin bombardmnanına HƏMAS raketlərlə qarşılıq verib.