Layihənin rəhbəri AMEA-nın müxbir üzvü Kamran Əliyev Sputnik Azərbaycana deyir ki, orta məktəblərdə dərslərin daha da səmərəli olması üçün ictimailəşdirilməsinə ehtiyyac var: “Dərslərdə novator metodikanın tətbiqi lazımdır. Müəllim və şagird bir sinif içərisindəki fəaliyyətdən istər-istəməz tükənir. Ancaq dərslərin ictimailəşməsi ilə şagirdlərin fəallığı cəmiyyətlə birləşir, onda bir neçə tərəfədən tələbat artır və vəzifələr konkretləşir”.
“Dərslərin ictimailəşməsi ilə şagirdlər və müəllimlər özlərini məsuliyyətli hiss edirlər. Bu həm də şagirdlərin bilik və bacarıqlarının ortaya çıxarılmasında mühüm rol oynayır. Problem ondan ibarətdir ki, yeni dərsliklər çap olunur müəllimlər fəaliyyətə başlayır ancaq, yeni metodika işləmir. Bu zaman ziddiyyətlər yaranır. Bu problemin aradan qalxması üçün ədəbi və elmi qüvvələr məktəblərə kömək etməlidir” — deyə o bildirib.