İsraildən şok açıqlama: Müsəlmanlarla müharibə an məsələsidir

© REUTERS / Ronen Zvulunİsrail əsgərləri Sutiya ilə sərhəddin yaxınlığındakı Qolan təpələrində tankların üzərində dururlar
İsrail əsgərləri Sutiya ilə sərhəddin yaxınlığındakı Qolan təpələrində tankların üzərində dururlar - Sputnik Azərbaycan
Abunə olmaq
Vəziyyət dini müharibə astanasına gəlib çıxıb

BAKI, 24 iyul — Sputnik. İsrailin keçmiş xarici işlər naziri Tsipi Livni, ölkəsinin bütün müsəlman dünyası ilə müharibənin astanasında olduğunu deyib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Livni Əl-Əqsa məscidindəki gərginlikdən sonra İsrailin bütün İslam dünyasını qarşısına aldığını söyləyib.

"Bu artıq dini savaş deməkdir. Mən buradan hökumətə çağırış edirəm. Vəziyyətin daha da pisləşməməsi üçün addım atsın. Fələstinlilərlə olan qarşıdurmamız, İordaniya və digər müsəlman xalqlarla etdiyimiz əməkdaşlığa ziyan vurur. Bu, artıq getdikcə dünya müsəlmanlarını İsrail dövlətinə qarşı birləşdirəcək fəaliyyətə dönüşür. Açıq deyirəm, vəziyyət dini müharibə astanasına gəlib çıxıb" — Livni bildirib.

Xəbər lenti
0