Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın olub

© Sputnik / Rahim MuradovLənkəranda yanğın olub
Lənkəranda yanğın olub - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın zamanı xəstəxanada müalicə olunan xəstələrdən heç biri xəsarət almayıb

BAKI, 23 iyul — Sputnik. Günorta saatlarında Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın hadisəsi baş verib.

"Report"un məlumatına görə, xəstəxananın ikinci mərtəbəsində, Cərrahiyyə şöbəsi müdirinin otağında baş verən yanğın nəticəsində ümumi sahəsi 15 kv.metr olan otaq və otağın içərisindəki əşyalar təmamilə yanıb.

Yanğın güclü olmadığından, yanğınsöndürənlər hadisə yerinə gələnə qədər, tibb işçilərinin səyi nəticəsində qarşısı alınıb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub, yanan əşyalar xəstəxanadan çıxarılıb.

Yanğın zamanı xəstəxanada müalicə olunan xəstələrdən heç biri xəsarət almayıb.

Qeyd edək ki, yanğın zamanı otaq bağlı olub və şöbə müdiri otaqda olmayıb.

Xəbər lenti
0