ELM

Qəbul imtahanlarının suallarının düzgün cavabları açıqlandı

© Sputnik / Murad OrujovГосударственный экзаменационный центр
Государственный экзаменационный центр - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının suallarının düzgün cavabları açıqlanıb

BAKI, 23 iyul — Sputnik. İyulun 22-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, test tapşırıqlarının düzgün cavabları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

DİM tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Abituriyentlər Apelyasiya Komissiyasına 23-25 iyul 2017-ci il tarixlərində saat 10‑dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.

Xəbər lenti
0