CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın bu yerləri istidən qovrulur

© focus.uaHindistanda istilər
Hindistanda istilər - Sputnik Azərbaycan
Abunə olmaq
Asiya və Afrika istidən qovrulur, ABŞ-ın "Ölüm vadisi"isə onlara ancaq təsəllidir

BAKI, 23 iyul — Sputnik. Liviyanın Əl-Əziziyə şəhəri 90 il boyunca dünyanın ən isti bölgəsi sayılıb. 1922-ci il sentyabrın 13-də bu şəhərdə qeydə alınan 57,8° dərəcə isti rekord göstərici hesab olunub. Lakin 2012-ci ildə həmin göstərici Dünya Meteorologiya Təşkilatı tərəfindən ləğv edilib. Buna səbəb ondan da yüksək hərarətin müşahidə olunduğu bölgələrin mövcudluğudur.

Sputnik Azərbaycan Listelist-ə istinadla xəbər verir ki, dünyanın ən isti bölgəsi hazırda İran yaylasındakı Lut səhrası hesab olunur. Ön Asiyanın ən böyük və ən geniş yaylasında yerləşən həmin duzlu səhraya "boşluq çölü" də deyilir.

2004-2007-ci və 2009-cu illərdə Yer kürəsində ən isti temperatur burada qeydə alınıb. 2005-ci ildə müşahidə olunan 70,7° C temperatur isə yeni rekordu müəyyənləşdirib və planetin ən isti bölgəsi kimi təsdiq edilib. Canlıların yaşamadığı səhrada havanın orta illik temperatur göstəricisi 49,6° C, yay fəslində isə 58,3° C-yə bərabərdir.

Bundan əlavə, Tailandın paytaxtı Banqkok da dünyanın ən isti bölgələri sırasındadır. Havanın orta illik temperaturunun 27,7° C olduğu həmin şəhərdə yüksək hərarət dekabrın sonu, hətta yanvarın əvvəllərinə qədər davam edir. Banqkok Dünya Meteorologiya Təşkilatı tərəfindən planetin ən isti şəhəri seçilib. Buna səbəb isə isti havanın uzun müddət davam etməsi və hətta gecələr belə temperaturun çətinliklə aşağı düşməsidir.

Avstraliyanın Qırğıbayırları deyilən bölgəsi də dünyanın ən isti bölgələrindən biri sayılır. 2003-cü ildə burada temperatur 69 dərəcə olub. 

Çinin Yana dağları isə ondan azca geri qalır. 2008-ci ildə burada 66,8 dərəcə istilik qeydə alınıb.

Kaliforniyanın Mojave çölündə yerləşən Ölüm Vadisi Cənubi Amerikanın ən soyuq, ən quraq və ən isti bölgəsi sayılır. Burada ən yüksək isti 1913-cü ildə qeydə alınıb — 56.7 dərəcə. 2012-ci ildə isə temperatur Liviyanın Əl-Əziziyə şəhərindəki temperaturu üstələyib.

Dünyanın ən böyük qum çölü olan Rub-al Khali, Səudiyyə Ərəbistanı, Oman, Yəmən və Birləşmiş Ərəb Əmirlliklərindən ibarət Ərəb yarımadasının 1/3-ni tutur. Burada temperatur ildən-ilə artır. Hazırda orada temperatur 56 dərəcəni keçib. 

Tunisin mərkəzindəki Kəbili vahəsi haqqında isə ironiya ilə belə deyirlər ki, Şimali Afrikadakı istilərdən qaçanlar ora sığınır. Çünki heç olmasa, burada kölgə verən palma ağacları var. Kəbilidə isti 55 dərəcəni ötür. 

Malidəki Səhra Çölü deyilən yerdə istilər 54,5 dərəcədən yüksək olur. Bu istini nisbətən xəfiflədən yeganə şey 25 kilometrdən axan Niger çayıdır. 

İsraildəki Tirat Zvi dəniz səviyyəsindən 221 metr yüksəklikdə yerləşən Beit Shean Vadisindəki kibutzdur. 1942-ci ilin iyununda burada 53,8 dərəcə isti qeydə alınıb. Bu, indiyə qədər Asiya qitəsində qeydə alınan ən yüksək temperaturdur. 

Efiopiya və Tailand isə orta illik istiliyə görə liderdirlər. Tailandda orta illik temperatur 27,7, Efiopiyada isə 37 dərəcədir.

Xəbər lenti
0