Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycan vətəndaşı Türkiyədə hadisə törətdi

© AP Photo / Raphael SatterTürkiyədə yük maşınları, arxiv şəkli
Türkiyədə yük maşınları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kayseridə Azərbaycan və Türkiyə vətəndaşlarının idarə etdiyi avtomobillər toqquşub, 4 tələbə ölüb

BAKI, 22 iyul — Sputnik. Türkiyədə Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını qəza törədib.

"Report" xəbər verir ki, hadisə Kayseridə baş verib.

Azərbaycan vətəndaşı Rahim Bədəlovun idarə etdiyi 90-JO-998 dövlət nömrə nişanlı TIR markalı yük maşını Türkiyə vətəndaşı Erkan Çetinerin idarə etdiyi 38-ZU-010 nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik maşınında olan 4 nəfər-Cenk Yoldaş, Sabri Ocak, Ömer Faruk Beyaz və Ahmet Aslımtürk hadisə yerində ölüb. Ölən şəxslərin hamısının tələbə olduğu bildirilib.

Xəsarət alan daha iki nəfər isə Kayseri xəstəxanasına yerləşdirilib.

Xəbər lenti
0