Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Jiquli" aşdı, sürücü xəsarət aldı

© Sputnik / Ilham MustafayevQəza zamanı yararsız hala düşmüş "VAZ-21011"
Qəza zamanı yararsız hala düşmüş VAZ-21011 - Sputnik Azərbaycan
Abunə olmaq
Masallının Ərkivan qəsəbə sakini Süleyman Abdullayevin idarə etdiyi “VAZ-21011” markalı avtomaşın hərəkətdə olarkən idarəetməni itirərək aşıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Masallıda avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Masallı-Yardımlı yolunda, Masallının Qəriblər kəndi ərazisində qeydə alınıb. Masallının Ərkivan qəsəbə sakini Süleyman Ramazan oğlu Abdullayevin idarə etdiyi “VAZ-21011” markalı avtomaşın hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Nəticədə sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

Xəbər lenti
0