CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əflatun Amaşov: "Əkinçi"nin ideyaları indi də yaşayıb zənginləşir”

© Sputnik / Murad OrujovПредседатель Совета печати Афлатун Амашов
Председатель Совета печати Афлатун Амашов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Mətbuat Şurasının sədri deyir ki, Həsən bəy Zərdabi Rusiyada əldə etdiyi təcrübəni Azərbaycana gətirərək ilk milli qəzetimizi yaratdı.

Əflatun Amaşov: "Əkinçi"nin ideyaları indi də yaşayıb zənginləşir”
Bu gün Sputnik-Azərbaycan və Azərbaycan Mətbuat Şurası təşəbbüsü ilə Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında yerləşən Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin büstü ziyarət olunub. Media təmsilçilərinin iştirakı ilə büstün qarşısına əklil qoyulub.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib ki, 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən "Əkinçi" qəzetinin ümumilikdə 56 sayı işıq üzü görsə də, bu, Azərbaycanda sonradan milli qəzetlərin yaranmasına böyük təkan verib.

"Həsən bəy Zərdabi Moskva Dövlət Universitetini bitirmişdi, alimlik dərəcəsi almışdı. O, Rusiya və dünya mətbuatı ilə yaxından tanış idi. Əldə etdiyi təcrübəni Azərbaycana gətirərək, o, Azərbaycanın ilk milli qəzetini yaratdı. "Əkinçi" yaranarkən çox ciddi ideyaları gündəmə gətirdi. Bu gün də həmin ideyalar Azərbaycan jurnalistikasında yaşayaraq daha da zənginləşir", — MŞ sədri bildirib.

Xəbər lenti
0