CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əflatun Amaşov: “Banklar jurnalistlərə kredit verməlidir”

© Photo : APAƏflatun Amaşov
Əflatun Amaşov - Sputnik Azərbaycan
Abunə olmaq
Mətbuat Şurasının sədri deyir ki, müasir jurnalistikada mühasibatlıq məsələləri yenidən qurulub, hər bir jurnalist əmək haqqı alır və iş yerlərində sənədləşdirilir.

Əflatun Amaşov: “Banklar jurnalistlərə kredit verməlidir”
Əgər jurnalist əmək haqqı alırsa və bankın tələb etdiyi bütün sənədləri təqdim edə bilirsə, bu zaman bank həmin KİV nümayəndəsinə kredit verməlidir. Bunu Sputnik-Azərbaycana millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, bu haqda hələlik Azərbaycan Mətbuat Şurasına heç bir məlumat daxil olmayıb: "Müasir jurnalistikada mühasibatlıq məsələləri yenidən qurulub və hər bir jurnalist əmək haqqı alır və iş yerlərində sənədləşdirilir. Deməli KİV nümayəndələri rahat şəkildə banklardan kredit götürə bilərlər".

Mətbuat Şurasının sədri qeyd edib ki, jurnalist hər hansı bankdan kredit ala bilməməsi ilə bağlı Mətbuat Şurasına şikayət edərsə, MŞ bu məsələni araşdıra bilər. 

Xəbər lenti
0