Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Fəlakət nəticəsində ölənlərin biri türkdür

© REUTERS / Kenan GurbuzПоврежденный автомобиль и дом в деревне Ялычифтлик недалеко от курортного города Бодрум в провинции Мугла, Турция, 21 июля 2017 года
Поврежденный автомобиль и дом в деревне Ялычифтлик недалеко от курортного города Бодрум в провинции Мугла, Турция, 21 июля 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Zəlzələ baş verən ərazidə yaşayan insanlar gecəni evdən kənarda keçirmək məcburiyyətində qalıb

BAKI, 21 iyul — Sputnik. Bu gün gecə Türkiyədə, Muğlada 6,3 bal gücündə zəlzələ baş verib. Kandilli rəsədxanasından verilən məlumata görə, 01.31-də baş verən 6,3 bal gücündə zəlzələdən sonra 149 kiçik dərəcəli zəlzələ qeydə alınıb.

Muğla valisi Esengül Civeleyin məlumatına görə, dağıntı və ölüm faktı qeydə alınmayıb. Amma zəlzələdən sonra 80-ə yaxın vətəndaş xəstəxanalara müraciət edib.

Türkiyəli hüquqşünas Rəcəb Akyürəyin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, zəlzələ Bodrum yaxınlığında Kos adasında qeydə alınıb: "İzmir, Muğla, Aydın, Dənizli və Manisada güclü şəkildə hiss edildi. Burdur, İsparta, Balıkəsir, Bursada isə az hiss edilib. Dağıntı və ölüm halı qeydə alınmasa da, zəlzələ uzun müddət davam etdi. Kos adası Yunanıstana aiddir. Orada iki ölüm halı qeydə alınıb. Ölənlərdən biri türkdür".

Müsahibimiz bildirir ki, ölüm və dağıntı olmasa da, zəlzələnin baş verməsi insanların narahatlığına səbəb olub. Buna görə də zəlzələ baş verən ərazidə yaşayan insanlar gecəni evdən kənarda keçirmək məcburiyyətində qalıb.

Xəbər lenti
0