CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ədliyyə Nazirliyinin əməkdaşları məsuliyyətə cəlb olundu

© Sputnik / Murad OrujovЗдание министерства юстиции Азербайджанской Республики
Здание министерства юстиции Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Ədliyyə Nazirliyinin 20 əməkdaşı məsuliyyətə cəlb olunub, 3 nəfərin qulluğuna xitam verilib

BAKI, 21 iyul — Sputnik. Bu ilin birinci yarısında fəaliyyətlərində yol verdikləri ciddi qanun pozuntularına və digər neqativ hallara görə Ədliyyə Nazirliyi İcra Xidmətinin 20 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 7 nəfər isə tutduğu vəzifədən azad edilib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən müşavirədə bildirilib. Müşavirədə bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılması halları və digər nöqsan və çatışmazlıqlar icra qurumlarının rəhbərlərinin nəzərlərinə çatdırılaraq onların aradan qaldırılması tələb edilib.

Mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəbləri və onların aradan qaldırılması yolları müzakirə edilib.

Xəbər lenti
0